| Xəbər 751 dəfə oxunub
Oqtay Gülalıyev süni yaşam aparatına qoşulub, komadadır

Xəbər verildiyi kimi, dünən axşam saatlarında tanınmış hüquq müdafiəçisi Oqtay Gülalıyevi yolu keçərkən avtomobil vurub.

Əvvəlcə hüquq müdafiəçisinin ağır xəsarət almadığı zənn edilsə də, sonradan məlum olub ki, əslində xəsarətlər ciddidir. O.Gülalıyev 1 saylı Təcili Tibbi Yardım Mərkəzinə yerləşdirilib və müayinədən keçirilib. Hazırda O.Gülalıyev həkimlərin nəzarətindədir. Hüquq-müdafişəçisinin komada olduğu, süni nəfəs aparatına qoşulduğu bildirilir.

Hadisənin videogörüntüsü yayılıb. Videoda görünür ki, O.Gülalıyev piyada keçidindən yolu arxayın şəkildə keçərkən ağ rəngli avtomobil arxadan gəlib ona çırpılır.

Musavat.com Oqtay Gülalıyevin olduğu iddia edilən videonu təqdim edir. Video sosial şəbəkə istifadəçiləri tərəfindən yayılıb.