|
Ustad şair Məmməd İsmayılın 80 illik yubileyi ilə bağlı tədbir keçiriləcək

Noyabr ayının 3-də ustad şair, Türkiyədəki Çanaqqala Universitetinin professoru Məmməd İsmayılın 80 illik yubileyi ilə bağlı yubiley tədbiri keçiriləcək.

Dünya Azərbaycanlıları Konqresinin təşkilatçılığı ilə baş tutacaq tədbir Aktyorlar evində düzənlənəcək.

Yubiley mərasimində poeziyasevərlərlə yanaşı, dəyərli ziyalılar, millət vəkilləri, tanınmış sənətçilər də iştirak edəcəklər.

Tədbirdə həmçinin Məmməd İsmayılın yenicə çap olunmuş "Gəlməyə vaxtmı tapdın, 80 yaşım" adlı şeirlər kitabı da təqdim olunacaq.

Xalq şairi Sabir Rüsrəmxanlının aparıcılığı ilə baş tutacaq tədbir saat 15.00-da Aktyorlar evində keçiriləcək.

Giriş sərbəstdir.