| Xəbər 13679 dəfə oxunub
Cenifer Lopes toyuna 3 milyon dollar xərcləyəcək

Lopes və onun gələcək həyat yoldaşı idmançı Aleks Rodriqes toyları haqqında danışmamağa üstünlük verirlər.

Bu ilin yazında nişanlanan 50 yaşlı Cenifer və onun 44 yaşlı sevgilisi Rodriqes toylarının hər xırda detalına ayrıca zaman və pul ayırıblar.

Toyun Mayamidə baş tutacağı və cütlüyə 3 milyon dollara başa gələcəyi söylənilir. Toya 500 nəfər qonaq gələcəyi gözlənilir. Süfrəni ləziz yeməklər və on yaruslu nəhəng tort bəzəyəcək. Toyda dünya ulduzlarının çıxışı, sonda isə atəşfəşanlıq olacaq.

Geyimə gəlincə, bu barədə də bir neçə fikir dolaşır. Aktrisanın “Versace”dən geyinəcəyi gözlənilir.