|
"Reyyan" plastik əməliyyat etdirib?

Türkiyənin sevilən "Hercai" serialındakı "Reyyan" obrazı ilə məşhurlaşan Ebru Şahinin plastik əməliyyat etdirdiyi iddia olunur.

 

Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, buna zəmin yaradan isə sənətçinin sosial şəbəkədə yayılan fotosudur. Şəkilə baxanlar Ebrunun plastik əməliyyat etdirdiyini və çox dəyişdiyini yazıblar.

Qeyd edək ki, aktrisa bundan əvvəl "İstanbullu gelin", "Savaşçı", "Yasak elma" kimi seriallarda rol alıb.