| Xəbər 1707 dəfə oxunub
Əbu-Dabidə sərgidə ən qədim inci nümayiş etdiriləcək

Dünyanın ən qədim "Əbu-Dabinin incisi", BƏƏ-nin Luvrunda keçiriləcək "On min illik zinətdən" sərgisinin eksponatlarından biri olacaqdır.

Trend-in məlumatına görə, bu barədə "Le Figaro" bildirib.

Artıq səkkiz min yaşı olan, diametri təxminən 2,5 mm olan zinət əşyası ilk olaraq 30 Oktyabr - 18 Fevral tarixlərində geniş ictimaiyyətə təqdim ediləcək.

O, arxeoloqlar tərəfindən Marava adasında eramızdan əvvəl yaşı 5600 ildən 5800 il arasında olan torpaq qatında tapılıb.