| Xəbər 980 dəfə oxunub
Səfir: Bir gündə 650 min ağac əkilməsi təşəbbüsü Azərbaycan xalqının ədəbi-mədəni irsə verdiyi qiymətin təzahürüdür

Birinci vitse-prezident Mehriban Əliyevanın dahi şair İmadəddin Nəsiminin yubileyi münasibətilə bir gündə 650 min ağac əkilməsi təşəbbüsü Azərbaycan xalqının ədəbi-mədəni irsə verdiyi qiymətin təzahürüdür.

Bunu Trend-ə Gürcüstanın Azərbaycandakı səfiri Zurab Pataradze deyib.

Onun sözlərinə görə, ağac əkmək yaşıllığın çox olması deməkdir. Yaşıllıq isə təbiətin, ekoloji tarazlığın qorunmasına xidmət edir.

Səfir hesab edir ki, gənc nəsil belə dahiləri unutmamalı, xatirəsini daim yaşatmalıdır.

Z.Pataradze Azərbaycanın diplomatik xidmət orqanlarının 100 illik yubileyi münasibətilə keçirilən ağacəkmə aksiyasında iştirak etdiyini də nəzərə çatdırıb: "Bu, çox gözəl təşəbbüsdür və inanıram ki, belə cür aksiyalar bundan sonra da davam etdiriləcək. Dost və qardaş ölkə olan Azərbaycanda ağacəkmə aksiyasında iştirak etməkdən şərəf duyuram. Bu aksiyanın təşkili rəmzi məna daşıyır. Ağac əkmək həm də sülhü, dostluğu, qardaşlığı tərənnüm edir”.