| Xəbər 4185 dəfə oxunub
Kərimli və Osmanqızı efirdə ağlaşdılar... - Foto

Ötən gün "28 May" metrostansiyası ərazisində qanunsuz aksiyaya cəhd zamanı ictimai asayişi pozduğuna görə saxlanılan və izahatı alındıqdan sonra azad edilən AXCP sədri Əli Kərimli az öncə Sevinc Osmanqızının Yutub kanalındakı proqramına canlı bağlanıb.

Axar.az xəbər verir ki, müsahibə zamanı olduqca gülməli bir vəziyyət yaranıb.

S.Osmanqızı Əli Kərimlini canlı bağlantıda görən kimi “ağlamağa” başlayıb, ona təzyiq edildiyini zənn edib, göz yaşlarını saxlaya bilməyib.

Olduqca dramatik səhnə oynamağı planlaşdıran cütlüyün oyununun bu hissəsində öz rolunu üstlənən Ə.Kərimli deyəsən, hiss edib ki, dramatik səhnə komediyaya çevrilir və tamaşanı xilas etmək üçün Osmanqızına “toxtamağını” məsləhət görüb.

Daha sonra isə o, obrazın daha da canlı alınmasına cəhd edərək, lirik-sentimental məqamlara toxunub. Qeyd edib ki, “azadlıq qurban tələb edir” və o bu gün “az qala” qurban olacaqmış, amma Allah saxlayıb, ya da polislər...

Qeyd edək ki, Əli Kərimli obrazı üçün qrimlənsə və başına salfetka yapışdırsa da, Sevinc Osmanqızı qrimsiz efirə çıxıb.

Ə.Kərimli Osmanqızının o qədər də uğurlu oynamadığını görərək, dərhal monoloqa başlayıb...

Sosial şəbəkələrdə isə bu oyun lağa qoyulub. Belə ki, Əli Kərimli və Sevinc Osmanqızının bir az da məşq edəndən sonra dram oynamağa hazır olacaqları, lakin hələlik dramı komediyaya çevirdikləri bildirilib və onlara Azdram deyil, Muskomediyada işə düzəlmək təklif edilib.