| Xəbər 1030 dəfə oxunub
Akademik Vasim Məmmədəliyevlə vida mərasimi BDU-da keçiriləcək

Akademik Vasim Məmmədəliyevlə vida mərasimi Bakı Dövlət Universitetində (BDU) keçiriləcək.

BDU-dan Trend-ə verilən məlumata görə, mərasim bu gün saat 13:00-dan 15:00-dək davam edəcək.

Xatırladaq ki, Bakı Dövlət Universitetinin Şərqşünaslıq fakültəsinin ərəb filologiyası kafedrasının müdiri, akademik Vasim Məmmədəliyev ötən gün 77 yaşında dünyasını dəyişib.