|
Cavid Qurbanov dəmiryolu sahəsindəki yeniliklərdən danışdı

Dəmir yolu işçilərinin peşə bayramı keçirildi; QSC sədrindən maraqlı açıqlamalar

“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətində 13 oktyabr dəmir yolu işçilərinin peşə bayramı gününə həsr olunan tədbir keçirilib.

“Yeni Müsavat”ın müxbiri xəbər verir ki, dəmiryolçular öncə Fəxri Xiyabanda ümummilli lider prezident Heydər Əliyevin, görkəmli oftalmoloq-alim Zərifə xanım Əliyevanın, Şəhidlər Xiyabanında uyuyan şəhidlərimizin məzarlarını ziyarət ediblər. “Azərbaycan Dəmir Yollan” QSC-nin sədri Cavid Qurbanov  KİV nümayəndələrinin suallarını cavablandırıb. “Şimal-Cənub” Nəqliyyat Dəhlizi ilə cari ildə 400 min tondan çox yük daşınıb.

Musavat.com xəbər verir ki, bu sözləri “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov jurnalistlərə müsahibəsində deyib. 

C.Qurbanov bildirib ki, Azərbaycan Dəmir Yolları" QSC ilin sonunadək “Stadler” şirkətindən 2 qatar alacaq: “Yeni qatarlar Rusiya istehsalı olan qatarlardan səsboğucularının sayına görə də fərqlənir. Belə ki, yeni qatarlarda səsboğucularının sayı 40-dır. Bu qatarlar həm sürət, həm də keyfiyyət göstəricilərinə görə üstündür”.

Sədrin sözlərinə görə, Azərbaycan Dəmir Yolları" QSC-yə gənc kadrlar cəlb edilir. Belə ki, əvvəllər orta yaş həddi 60 olubsa, indi 40-45-dir.

Jurnalistlərə o da bildirilib ki, Azərbaycan Dəmir Yollar" QSC bu vaxtadək 30-35 milyon dollarlıq yol tikinti maşınları alıb: “İndiyədək 1000 kilometrədək dəmir yolu təmir olunub. Həmçinin 3100 yeni vaqon alınıb. Azərbaycanda dəmir yollarının 60 faizə qədəri elektrikləşdirilib. O bildirib ki, qalan hissələrdə dizellə işləyən lokomotivlər hərəkət edir.

C.Qurbanov həmçinin “Azərbaycan Dəmir Yolları” QSC-nin gələcək hədəfləri də açıqlayıb. Onun sözlərinə görə, rəhbərlik etdiyi qurum Bakı-Gəncə sürət elektrik qatarının marşrutunun Ağstafaya qədər uzadılmasını, Balakən istiqamətində dəmir yolu xəttinin yenidən qurulmasını, dəmir yolunda elektrikləşdirmənin səviyyəsinin artırılmasını, iki yeni deponun istifadəyə verilməsini planlaşdırır.

Həmçinin, bu ilin ilk 9 ayında Azərbaycanın dəmir yolları ilə Rusiyaya məxsus 700 min ton yük daşınıb. Dəmir yolu ilə Türkmənistana məxsus, eləcə də Lapis-Lazuli nəqliyyat dəhlizi çərçivəsində də yüklər daşınır və getdikcə onların həcmi artır.

QSC sədri jurnalistlərin sualına cavab olaraq bildirib ki, Qəbələ rayonuna dəmir yolu xəttinin çəkilişində müəyyən yubanmalar var: “Bəzi problemlər var idi, ölkə prezidentinə müraciət etdik və həll olundu. Yəqin ki, yaxın vaxtlarda Qəbələdə işlər daha da intensivləşəcək. Ümumilikdə 43-46 km-lik torpaq işləri bu ilin sonuna qədər yekunlaşacaq. Bundan sonra isə digər işləri görəcəyik”.

WhatsApp Image 2019-10-11 at 14.04.44.jpeg (103 KB)

Azərbaycan Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu xəttinə gəlincə, Cavid Qurbanov əlavə edib ki, sərnişin daşımalarına başlamaq üçün qonşu ölkələrə kömək edir: “Biz sərnişindaşımaya tam hazırıq. Amma gürcülərin və türklərin qatarları çəkib-aparmağa lokomotivləri yoxdur. Onların əyləc sistemləri ilə bağlı da problemləri var. Biz bu məsələlərdə qonşu ölkələrə kömək etməyə çalışırıq”, - deyə o, qeyd edib.

“Bu ilin sonunda Bakı dairəvi dəmir yolunun açılışı olacaq”- deyən C.Qurbanov əlavə edib ki, dairəvi yolun uzunluğu 92 km-dir: Biləcəri, Xırdalan, Sumqayıt, Pirşağı, Kürdəxanı, Zabrat, Sabunçu, Aaeu ttps://azvision.az/tag/Bak%C4%B1xanov, Koroğlu, Keşlə, Nərimanov stansiyalarından keçməklə yenidən ”28 May" stansiyasında başa çatan yolun açılışını edəcəyik. Bu yolda qatarların hərəkətini daha sürətli etmək istəyirik. Yəni, sürət 120 km/saat deyil, 140 km/saat olsun. Yolun üzərindəki bütün birsəviyyəli kəsişmələri konfliktsiz kəsişmələrə keçirmişik".

O, qeyd edib ki, ümumilikdə 14 tunel tikilib və yolların ətrafında çəpərlər çəkilir. “Həmçinin 24 yerüstü keçid inşa etmişik. Hələ bir neçəsini də inşa etməli olacağıq. Bundan əlavə, Sumqayıtdan Xırdalana tərəf çıxanda orada məcburi köçkünlərin yaşadığı yerlər var ki, həmin yerlərdə bir neçə tunelin və kanal üzərindən körpünün tikintisini davam etdirəcəyik”.

Daha sonra tədbir “Azərbaycan Dəmir Yollan” QSC-də davam edib.

“Azərbaycan Dəmir Yollan” QSC-də keçirilən tədbiri giriş sözü ilə açan sədr Cavid Qurbanov tədbir iştirakçılarını dəmir yolu işçilərinin peşə bayramı günü münasibətilə təbrik edib.

Bildirib ki, Azərbaycanda dəmir yolunun təməli hələ 1878-ci ildə qoyulub və inşası 20 yanvar 1880-ci ildə başa çatıb. O, uzunluğu cəmi 20 km olan Bakı-Suraxanı-Sabunçu dəmir yolundan ibarət olub. Həmin dövrdən başlayaraq dəmir yolu yük daşınmasına olan tələbatın artdığını nəzərə olaraq inkişaf edib və təkmilləşib.

Uzun müddət Zaqafqaziya dəmir yolunun tərkibində Bakı hissəsi kimi fəaliyyət göstərən Azərbaycan Dəmir Yolu 1955-ci il oktyabrın 3-də SSRİ Nazirlər Sovetinin 1773 saylı qərarı ilə SSRİ Yollar müstəqil dəmir yolu elan olunub. Azərbaycan SSR Nazirlər Sovetinin 13 oktyabr 1955-ci il 717 saylı qərarı ilə Azərbaycan dəmir yolu SSRİ Yollar Nazirliyinin Nazirliyinin tərkibində müstəqil dəmir yolu kimi fəaliyyətini davam etdirib. Möhtərəm Prezidentimiz İlham Əliyev dəmir yolu işçilərinin peşə bayramı gününü təsis edərkən məhz bu tarixi əsas götürüb, 07 oktyabr 2005-ci ildə “Dəmir yolu işçilərinin peşə bayramının təsis edilməsi haqqında” Sərəncam imzalayıb.

139 illik tarixə malik olan Azərbaycan polad magistralı çox əzəmətli fəaliyyət yolu keçirib. İstər çar Rusiyası, istərsə də Sovet hakimiyyəti dövründə Azərbaycan Dəmir Yolu daim inkişafda olub və ümummilli lider Heydər Əliyevin qayğı və diqqəti sayəsində keçən əsrin 70-90-cı illərində öz tərəqqisinin zirvəsinə çatıb. 1969-2003-cü illəri Azərbaycan Dövlət Dəmir Yolunun texniki tərəqqi və hərtərəfli inkişaf dövrü adlandırmaq olar.

Ümummilli lider Heydər Əliyev tərəfindən təməli qoyulan və möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən uğurla davam etdirilir, ölkəmiz beynəlxalq və regional nəqliyyat layihələrinin reallaşması prosesində aktiv iştirak edir.

Sonra bu ilin avqust-sentyabr aylarında Nabrandakı “Lokomotiv” İstirahət mərkəzində keçirilən dəmiryolçuların idman spartakiadasının qaliblərinə kuboklar, pul mükafatları və diplomlar, bir qrup “Fəxrı dəmiryolçu” döş nişanı və bayram hədiyyələri təqdim olunub.