|
Nobel sülh mükafatı sahibini tapdı

Bu gün Norveçdə 2019-cu il "Nobel həftəsi" çərçivəsində sülh mükafatı təqdim olunub.

Trend-in məlumatına görə, mükafatı Efiopiyanın Baş naziri Abiy Əhməd əldə edib.

O, Efiopiya-Eritreya münaqişəsində sülh naminə fəaliyyətlərinə görə bu mükafata layiq görülüb.

 

Qeyd edək ki, oktyabrın 14-də son olaraq iqtisadiyyat üzrə Nobel mükafatı təqdim olunacaq.