| Xəbər 4806 dəfə oxunub
DİN Heydər Əliyev prospektində qadın piyadanın vurulması bağlı məlumat yayıb

Daxili İşlər Nazirliyi (DİN) Sabunçu rayonunun Heydər Əliyev prospektində baş verən yol-nəqliyyat hadisəsi ilə bağlı məlumat yayıb.

DİN-dən Trend-ə verilən məlumata görə, oktyabrın 10-da saat 9 radələrində Bakı şəhər sakini L.Qafarova idarə etdiyi “Chevrolet” markalı avtomobillə paytaxt sakini Gülbacı Mirzəyevanı vurub. Nəticədə xəstəxanaya yerləşdirilmiş G.Mirzəyeva orada ölüb.

Sabunçu RPİ tərəfindən araşdırma aparılır.