|
Yankauskas: Son illərdə 34 müxtəlif Azərbaycan şirkəti Avropa İttifaqı ilə birgə 20 layihədə iştirak edib

Son illər ərzində 34 müxtəlif Azərbaycan şirkəti Avropa İttifaqı (Aİ) ilə 20 birgə layihədə iştirak edib.

Trend-in məlumatına görə, bunu Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri, səfir Kestutis Yankauskas Bakıda keçirilən "Şərq Tərəfdaşlığı" proqramının gələcəyinə dair struktur məsləhətləşmələrdə deyib.

Nümayəndəliyin rəhbəri qeyd edib ki, çoxillik əməkdaşlıq illərində Azərbaycan energetika sahəsində Aİ-nin etibarlı tərəfdaşı kimi tanınıb. O əlavə edib ki, bu gün də əməkdaşlıq müxtəlif iqtisadi və sosial sahələrdə davam etdirilir.

K.Yankauskasın sözlərinə görə, Azərbaycan tvinninq-layihələrin sayında da çox fəaldır.

Səfir deyib: "Coğrafi mövqeyindən asılı olmayaq, Azərbaycan Aİ ilə əlaqələrdə çox fəaldır".