| Xəbər 812 dəfə oxunub
Avropa Parlamentinin sədri "Brexit" üzrə danışıqlarda irəliləyiş olmadığını bildirib

"Brexit" üzrə danışıqlarda irəliləyiş yoxdur.

Trend-in məlumatına görə, bunu Avropa Parlamentinin sədri David Sassoli Birləşmiş Krallığının baş naziri Boris Conson ilə görüşünün yekunları üzrə deyib.

D.Sassoli bildirib: "Mən bura danışıqları irəli apara biləcək təklifləri eşitmək ümidi ilə gəlmişdim. Lakin mən qeyd etməliyəm ki, irəliləyiş yoxdur".