| Xəbər 913 dəfə oxunub
Əfqanıstanda "Taliban" kəşfiyyatının rəhbərlərindən biri saxlanılıb

Əfqanıstanın xüsusi təyinatlı hərbçiləri "Taliban" radikal hərəkatının Qazni əyalətinin Vaqaz rayonu üzrə kəşfiyyatının rəhbəri Molla Nuruddini saxlayıblar.

Trend-in məlumatına görə, bunu "RİA Novosti"yə Qazni əyalətinin qubernatorunun mətbuat katibi Arif Nuri deyib.

A.Nuri bildirib: "Onunla birlikdə terror fəaliyyətinə görə onun qardaşı da saxlanılıb".

 

M.Nuruddinin saxlanılması üzrə əməliyyatın təfərrüatları açıqlanmır.