|
Qrip xəstəliyinə tutulmusunuzsa

Payız həm də qrip mövsümüdür.

Milli.Az ölkə.az-a istinadən bildirir ki, qrip - nəfəs yollarının kəskin infeksiya xəstəliyidir. Əsas simptomları titrəmə, qızdırma, boğaz ağrısı, əzələ ağrıları, kəskin baş ağrısı, öskürmə, zəiflik və halsızlıqdır. Qripə çox zaman barmaqarası baxsaq da, o, çox ciddi fəsadlara səbəb ola, hətta sətəlcəmlə nəticələnə bilər.

Bəs qripdən necə qorunmalı? Bu xəstəliyə tutulmamaq, yaxud onu asan keçirmək üçün nə yeyib-içməli?

Bu suallara həkimlər belə cavab verir:

Proteinlərlə zəngin olan ət, balıq, toyuq suyundan (bulyon) tez-tez istifadə edin.

Təzə sıxılmış meyvə suyu için.

Bol-bol limon qatılmış bitki çayları da vəziyyətinizi yüngülləşdirə bilər.

Boğaz ağrısı üçün nanə tərkibli dərmanlar və çaylar da yaxşı təsir göstərir.

Gec həzm olunan qidalardan uzaq durum, daha çox maye qəbul edin, şorba, ya bulyon için.

Bal və limon qarışığı və ya ağ zəncəfil tozu qarışıdırılmış bal öskürəyi kəsmək üçün ideal bir vasitədir.

 

Profilaktika üçün qrip mövsümü başlamazdan əvvəl peyvənd vurdurun.  Bu halda xəstəliyə tutulsanız belə, onu daha asan keçirəcəksiniz.

Virusdan və virusa yoluxanlardan mümkün qədər uzaq durun.

Ədviyyatlı qidalardan istifadə etməyin.

Alkoqol və qəhvə kimi qıcıqlandırıcı içkilər içməyin.

Duzdan çox istifadə etməyin.

Xəstələnmisinizsə, istirahət edin.