| Xəbər 793 dəfə oxunub
Firəngiz Mütəllimovaya nə olub?
Xalq artisti Firəngiz Mütəllimovanın son günlər sosial şəbəkədəki paylaşımları diqqət çəkib.

Axşam.az xəbər verir ki, aktrisa dostluqdan şikayət etdiyi, xəyanətdən yazdığı statusları ilə marağa səbəb olub.

 

Mütəllimova paylaşımlarına "Səbr et, arxandan quyu qazanların qazdıqları quyuya düşəcəkləri günlər yaxındadır. Allah hər kəsin ürəyinə görə verir. Təmizqəlbli, səmimi insanları salamlayıram. Həyatda nə olursa, ancaq yaxşılığa doğru olur. Allah bizi saxtakar insanlardan, şeytanruhlu məxluqlardan qorusun. Kiminsə yazdığı statusu oxuyub, vicdan əzabı çəkməyək. Təşvişə düşən bəzi insanlar kimi... Siz görməsəniz də, bilməsəniz də Allah hər göz yaşınızın intiqamını alır. O qədər doğru deyilib ki... Allah o qədər böyükdür ki... Heç vaxt heç kimə qarğış eləmirəm, eləmərəm də. Qəlbimə dəyəni, gözümün içinə baxa-baxa yalan danışanları tək olan, gözə görünməyən uca rəbbimə həvalə edirəm. Allah gec edir, güc edir" kimi rəylər yazıb.

Bir çoxları aktrisanın depressiyada olduğunu, bir çoxları isə xəyanətlə üzləşdiyini vurğulayıblar.