| Xəbər 727 dəfə oxunub
Türkiyə gözəli plastik əməliyyatdan imtina etdi

"Miss Türkiyə 2019" gözəllik yarışmasının qalibi Simay Rasimoğlu tac geyindiyi gündən bu yana tənqidlərin hədəfindədir.

 

Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, sosial şəbəkə iştirakçıları onun xarici görünüşün bu kriteriyaya uymadığını yazır. Onlar Simaya dişləri və burnunu plastik əməliyyatla düzəltdirməyi məsləhət görürlər. Türkiyə gözəli isə xarici görünüşündən məmnun olduğunu deyib.

"Mən halımdan məmnunam. Heç bir plastik əməliyyat etdirməyəcəyəm" deyə, o bildirib.