| Xəbər 664 dəfə oxunub
Bakıda qadının çantasından tapança tapılıb

Bakıda qadının çantasından tapança tapılıb.

Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, oktyabrın 7-də Sabunçu rayonu ərazisindəki inzibati binaların birində Bakı şəhər sakini P.Axundovanın çantasına Baş Mühafizə İdarəsinin əməkdaşları tərəfindən texniki qurğu vasitəsi ilə baxış zamanı oradan pnevmatik tapança və ona aid 3 ədəd patron aşkar edilərək götürülüb. Müvafiq araşdırmaların aparılması üçün Sabunçu Rayon Polis İdarəsinin 13-cü Polis Bölməsinə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.