| Xəbər 827 dəfə oxunub
Tramp: ABŞ "inanılmaz yeni silahlar" hazırlayır

ABŞ ən yeni sualtı qayıqlar da daxil olmaqla "inanılmaz yeni silahlar" hazırlayır.

Trend-in məlumatına görə, bunu jurnalistlərə ABŞ prezidenti Donald Tramp deyib.

ABŞ prezidentinin dediklərinə görə, yaxın həftələrdə Amerika tərəfi bəzi yeni silah sistemlərini nümayiş etdirə bilər:

"Hazırda biz inanılmaz yeni silahlar hazırlayırıq. Heç kimin xəyal edə bilmədiyi silahlarımız var".

 

D.Tramp qeyd edib ki, ABŞ nüvə silahlarını inkişaf etdirir və yeniləyir:

"Heç kimin ağlına gəlməyəcəyi sualtı qayıqları qururuq. Ümid edirəm ki, onlardan heç vaxt istifadə etməyəcəyik".