| Xəbər 4008 dəfə oxunub
Günün ikinci yarısından havanın temperaturu da enəcək

Bu gün günün ikinci yarısından ölkə ərazisində havanın temperaturu bir qədər aşağı enəcək.

Bunu Trend-ə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin direktoru Umayra Tağıyeva deyib.

Onun sözlərinə görə, ötən gün ərzində ölkə ərazisində havanın temperaturu çoxillik norma göstəricisindən 4,5 dərəcə yüksək olub.

 

U.Tağıyeva qeyd edib ki, sabah havanın temperaturu iqlim norması daxilində tərəddüd edəcək: "Sabah səhər saatlarından başlayaraq, gün ərzində külək zəifləyəcək, günorta saatlarında külək mülayim cənub-şərq küləyi ilə əvəz olunacaq. Lakin oktyabrın 9-da gündüz saatlarından başlayaraq, Bakıda və Abşeron yarımadasında yenidən külək istiqamətini dəyişib şimal-qərb küləyi ilə əvəzlənəcək və güclənəcək".