| Xəbər 3737 dəfə oxunub
Azərbaycan millisinin heyətində dəyişiklik - "Neftçi"nin futbolçusu dəvət olundu

Azərbaycan millisinin heyətində dəyişiklik baş verib.

Trend-in məlumatına görə, bu barədə AFFA-nın rəsmi saytında deyilir. Zədələnən futbolçu Mahir Emrelinin əvəzinə meydana “Neftçi” PFK-dan millinin heyətinə dəvət olunub:

"Oktyabrın 9-da Bəhreyn yığması ilə yoldaşlıq oyunu keçirəcək, oktyabrın 13-də isə Avro-2020-nin seçmə mərhələsində Macarıstan komandası ilə qarşılaşacaq Azərbaycan millisinin heyətində dəyişiklik baş verib. Premyer Liqanın VII turu çərçivəsində oktyabrın 6-da keçirilimiş “Qarabağ” – “Sabah” oyununda zədələnən Mahir Emreli millimizin qeyd olunan oyunlarında iştirak edə bilməyəcək. Əvəzində, “Neftçi” PFK-dan Namik Ələsgərov millinin heyətinə dəvət olunub".