| Xəbər 842 dəfə oxunub
"Barselona" "Sevilya"nı darmadağın etdi

İspaniya La Liqasında 8-ci tura yekun vurulub.

Qol.az-ın məlumatına görə, turun son oyununda "Qarabağ"ın Avropa Liqasının qrup mərhələsindəki rəqibi "Sevilya" "Barselona"nın qonağı olub və 0:4 hesabı ilə uduzub.

 

"Barselona" - "Sevilya" - 4:0
Qollar:
 Suares, 27, Vidal, 32, Dembele, 35, Messi, 78

Bu qələbə ilə xalını 16-ya çatdıran Kataloniya klubu 2-ci pilləyə yüksəlib, "Sevilya" isə 13 xalla 6-cı pillədə qalıb. Turnir cədvəlinə 18 xalla "Real" başçılıq edir. "Atletiko" 15 xalla 3-cüdür.