| Xəbər 890 dəfə oxunub
Millimizdə ciddi itki - Heyətdən çıxarıldı

Azərbaycan millisinin heyətində dəyişiklik edilib.
Qol.az AFFA-nın saytına istinadən xəbər verir ki, Premyer Liqanın son turunda “Sabah”la oyundan zədələnən "Qarabağ"ın hücumçusu Mahir Emreli millimizin qarşıdakı iki oyununda iştirak edə bilməyəcək. Əvəzində, “Neftçi”dən Namik Ələsgərov millinin heyətinə dəvət olunub.

Qeyd edək ki, yığmamız oktyabrın 9-da Bəhreyn yığması ilə yoldaşlıq oyunu keçirəcək, oktyabrın 13-də isə Avro-2020-nin seçmə mərhələsində Macarıstanla qarşılaşacaq.