| Xəbər 728 dəfə oxunub
Şeyma Subaşını ələ saldı

Türkiyənin məşhur serialı "Jet Sosyete"nin "Puhu TV"yə keçdikdən sonra ilk reklam çarxı yayımlanıb.

 

Axşam.az xəbər verir ki, tanıtım videosunda aktyorların Şeyma Subaşını ələ saldığı görünüb.

Serialın sevilən obrazı Gizem "Basit Gizem" adında bir kitab yayımlayır. O, kitabda "Hər kəsin səni əzməsinə imkan vermə, çünki sən avakado deyilsən" sözlərini yazıb. Bu ifadə ilə onlar Şeyma Subaşının kitabında istifadə etdiyi "Hər kəsi xoşbəxt edə bilməzsən, çünki pizza deyilsən" ifadəsinə söz atıblar.