| Xəbər 809 dəfə oxunub
Qrenadalı idmançı Qətərdə nizə atmaqda dünya çempionu olub

Grenadalı atlet Anderson Peters dünya çempionatının nizə atmaq üzrə yarışlarda qalib gəlib.

Trend-in məlumatına görə, 21 yaşlı idmançı 86.89 metr nəticə göstərib, ikinci yerdə estoniyalı Maqnus Kirt (86.21 m) qərarlaşıb, üçüncü yeri isə Almaniyalı Yohannes Fetter (85.37 m) tutub.

Qeyd edək ki, dünya atletika üzrə yarışlar Qətərin Doha şəhərində baş tutur.