| Xəbər 1556 dəfə oxunub
Ərdoğan səlahiyyətlərini təhvil verdi - SƏBƏB?

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan öz səlahiyyətlərini vitse-prezident Fuad Oktaya təhvil verib.

Trend-in məlumatına görə, bu barədə “Resmi gazete” nəşrində dərc olunan qərarda deyilir.

Məlumata görə, bu addım R.T.Ərdoğanın Serbiyaya səfəri ilə əlaqədardır.

Bildirilir ki, R.T.Ərdoğanın Serbiyaya səfəri 7-8 oktyabr tarixlərində baş tutacaq.

 

Xatırladaq ki, R.T.Ərdoğan sonuncu dəfə 8-29 iyun tarixlərində Osaka şəhərində G20 ölkələrinin zirvə toplantısında iştirak etmək üçün Osaka şəhərində G20 ölkələrinin zirvə toplantısında iştirak edərkən səlahiyyətlərini təhvil vermişdi.