| Xəbər 2216 dəfə oxunub
Bu ay iki ulduz axını olacaq

Oktyabr ayında planetimizin sakinləri Drakonid və Orionid adlı iki ulduz axınını müşahidə edə biləcək.

Trend-in məlumatına görə, ilk Drakonid meteor yağışı oktyabrın 6-da başlayacaq və üç gündən sonra maksimum həddə çatacaq. Göydə təxminən saatda on ulduz axını görünəcək.

Orionid ulduz axını isə maksimum həddə oktyabrın 21-də çatacaq.

 

Digər astronomik hadisələrdə olduğu kimi, oktyabr ayının ulduz axınlarının müşahidəsi də təkcə ayın vəziyyətindən və fazasından deyil, həm də hava şəraitindən və müşahidə ediləcək məkandan asılı olacaq