| Xəbər 4939 dəfə oxunub
Yük maşınının alt hissəsində gizlədilən ehtiyat hissələri aşkarlanıb

Şimal Ərazi Baş Gömrük İdarəsinin "Samur" gömrük postunun idxal gömrük nəzarəti xəttinə daxil olan Azərbaycan Respublikası vətəndaşının idarə etdiyi "Kamaz 35320" markalı yük avtomobili saxlanılıb və gömrük baxışı keçirilib.

Dövlət Gömrük Komitəsindən Trend-ə bildirilib ki, baxış zamanı nəqliyyat vasitəsinin alt hissəsində gizlədilmiş, yük avtomobilinə aid 6 adda, ümumilikdə 43 ədəd ehtiyat hissələri aşkarlanıb.

Faktla bağlı araşdırma aparılır.