| Xəbər 962 dəfə oxunub
Amerikalı müğənni öldü

“The Muffs” qrupunun üzvü, gitar ifaçısı Kim Shattuck vəfat edib.

Axşam.az xarici mətbuata istinadən xəbər verir ki, 56 yaşlı müğənni uzun illərdir mübarizə apardığı şarko xəstəliyindən dünyasını dəyişib.

Shattuck 1963-cü ildə Kaliforniya ştatının Los-Anceles şəhərində anadan olub. 1985-1990-cı illərdə “The Pandoras” qadın rok qrupunun tərkibində çıxış edib.