| Xəbər 1208 dəfə oxunub
Ancelina Coli daha ərə getməyəcək

Hollivud ulduzu Bred Pitlə qalmaqallı şəkildə ayrılan aktrisa Ancelina Coli bir daha ərə getməyəcəyini deyib.

 

Axşam.az xəbər verir ki, aktrisa heç vaxt nikah bağlamaq istəməsə də, keçmiş əri Bred Pitt onu buna vadar edib. İndi artıq Ancelina özünü tam sərbəst hiss edir və uşaqları ilə birlikdə dünya səyahətinə çıxmağı planlaşdırır.

Qeyd edək ki, Bred Pitt də artıq keçmiş xanımı ilə barışıb. "O, aradakı düşmənçiliyin keçmişdə qalmasından çox məmnundur. Artıq uşaqları aktyor üçün əsas yerdədir", deyə cütlüyə yaxın mənbə bildirib.