| Xəbər 19544 dəfə oxunub
Falçı qızın 2 milyonunu aldı və yoxa çıxdı

Moskvada falçı gənc qızdan 2 milyon rubl aldıqdan sonra yoxa çıxıb.

Trend-in məlumatına görə, 23 yaşlı qız bununla bağlı polisə müraciət edib.

Qeyd olunub ki, o, 9 gün ərzində sms vasitəsilə falçıya qeyd olunan məbləği yollayıb. Bundan sonra Olqa adlı falçı ilə əlaqə kəsilib.

 

Faktla bağlı Moskva polisi fırıldaqçılıq maddəsi ilə cinayət işi açıb.