|
Qala gecəsinə övladları ilə birlikdə gəldi

Hollivud ulduzu Ancelina Coli "Malefiz: Pisliyin gücü" adlı filminin qala gecəsinə uşaqları ilə birlikdə qatılıb.

 

Axşam.az xəbər verir ki, aktrisa Kaliforniyada keçirilən qala gecəsinə 4 uşağını aparıb. Onun böyük oğlu Maddoks Cənubi Koreyada təhsil aldığı üçün gecədə iştirak edə bilməyib.

Aktrisa uzun qara paltarı ilə göz oxşayıb.