|
Putin Paşinyana dirsək göstərib getdi - Kremldən Bella gedişi

Ermənistanın “məxməri” baş naziri Rusiya liderini hava limanına kimi “təqib etdi” - səbəb; Robert Köçəryanla deyil, onun arvadı ilə görüşən Putin Paşinyana bununla nəyi anlatmaq istədi?..

İrəvanda Avrasiya İqtisadi Birliyi Ali Şurasının bir neçə saatlıq ali  toplantısı başa çatdı. Ermənistan rəhbərliyi bu toplantını özü üçün “PR” məqsədilə, guya Ermənistanın bölgədə roluna verilən qiymət kimi qələmə verməyə çalışsa da, əslində tədbir sırf bəsit səbəbə - əlifba sırası ilə Ermənistanda keçirilib.

Başqa ölkənin vassalı, marioneti statusunda olan, faktiki, öz suverenliyini itirmiş bir ölkə üçün belə toplantıların hansı ciddi önəmi, faydası ola bilər ki? Fayda olsa da, bu vassalın sahibi olan dövlət - Rusiya üçün olar. Təsadüfi deyil ki, hətta İrəvan tədbirində də nə Ermənistan adında dövlət, nə də onun “məxməri” baş naziri Nikol Paşinyanın varlığı hiss edildi. Yenə Rusiya və onun prezidenti Vladimir Putinin sözü, mövqeyi aparıcı oldu. Putin sanki Rusiyanın ucqar əyalətlərindən birinə gəldi və getdi.  

O Putin ki, Paşinyanla hələ də “ulduzları” barışmayıb və İran prezidenti Həsən Ruhanidən fərqli olaraq, İrəvana bir gün qabaq gəlib gecələmədi, tədbirə cəmi 1 saat qalmış gəldi və toplantı bitən kimi də geri döndü. Halbuki məntiq əksini deyirdi: İrəvanda Ruhani yox, Putin gecələməli idi. Axı, Ermənistan İrana Rusiya qədər yaxın deyil.

Bu faktın özü Putinin Paşinyana qarşı demarşı idi - erməni baş nazir hələ ki özünü o yerə qoymasa da. Bundan əlavə, Paşinyan geri qayıtmağa hazırlaşan Putini aeroporta müşayiət etməli oldu ki, bəlkə heç olmasa, hava limanında onunla təkbətək və məzmunlu danışa bilsin.

Yeri gəlmişkən, Putinlə aeroport görüşündən danışan Paşinyan facebook səhifəsində yazıb ki, Rusiya prezidenti ilə öz iqamətgahında yox, hava limanında görüşə bilib. Paşinyan Rusiya lideri ilə “mükəmməl söhbət” etdiyini iddia edib: "Görüş bir saat yarım çəkdi. Rusiya prezidenti Vladimir Putinlə mükəmməl bir söhbət etdik. Strateji münasibətlərimiz dinamik olaraq inkişaf edir".

Putin paşinyana ile ilgili görsel sonucu

Erməni mediası Paşinyanın gözlənilmədən baş tutmuş görüş haqda gec məlumat verdiyini yazıb. Qeyd edilib ki, Ermənistanı tərk edən Putini hava limanına qədər müşayiət edən Paşinyan son anda onunla görüşə bilib. Erməni KİV Putinin soyuqqanlılığını sabiq prezident Robert Köçəryanın həbs edilməsi ilə izah edir.

*****

Putin Ermənistanı tərk etdi. Ancaq necə? Bizcə, daha çox qalib ovqatda. Hər halda, N.Paşinyan toplantıya qatılan digər ölkə başçılarından heç birini, o cümlədən İran prezidenti Həsən Ruhanini aeroporta kimi ötürmədi. Bu fakt həm də Ermənistan rəhbərliyinin Putinlə bağlı təlaşının təzahürü sayıla bilər. Bu da növbəti dəlil: İrəvanda Vladimir Putin Rusiya səfirliyində (!!) Ermənistanın keçmiş prezidenti, hazırda həbsdə olan və Putinin toplantıyadək azadlıqda görmək istədiyi Robert Köçəryanın həyat yoldaşı Bella Köçəryanla görüşüb.

Putin paşinyana ile ilgili görsel sonucu

“168 jam” qəzetinə istinadən verdiyi xəbərə görə, Rusiya dövlət başçısı ilə Bella Köçəryan arasında görüş uzun müddət davam edib. Qəzet yazıb ki, Ermənistanın ikinci prezidenti R. Köçəryanın həbsi, onun ətrafında yaranmış vəziyyət və hakimiyyətin bununla bağlı apardığı işlər görüşün əsas müzakirə mövzusu olub (APA). Rusiyanın Ermənistandakı səfirliyinin nümayəndəsi Aleksandr Quçkov görüşlə bağlı suala münasibət bildirməkdən imtina edib.R.Köçəryan administrasiyasının sabiq rəhbəri Viktor Soqomonyan görüşün təfərrüatları barədə məlumat verməsə də, görüşün keçirildiyini təsdiq edib.

Buradaca qeyd edək ki, aylar öncə, həbs olunmamışdan qabaq Rusiyanın Ermənistandakı səfiri Robert Köçəryanla görüşmüş, bu da Paşinyan hökumətində ciddi qıcıq yaratmışdı.   

Beləcə, Robert Köçəryanla yox, onun arvadı Bella ilə görüşən Putin Paşinyana anlatdı ki, Nikol Paşinyan və komandası rəsmi Moskva üçün prioritet deyil və Kreml ilk fürsətdəcə Paşinyana əvəz axtaracaq. Beləcə, Vova Nikola dirsək göstərib getdi...

*****

Putin paşinyana ile ilgili görsel sonucu

“Hər cümləsində Rusiyanı Ermənistanın strateji tərəfdaşı adlandıran Paşinyan üçün Putinlə bir neçə dəqiqəlik görüşün özü kiçik uğur sayıla bilər. Çünki birincisi, bu, Rusiya prezidentinin Paşinyan hakimiyyətə gəldiyi gündən Ermənistana ilk səfəri idi. Ancaq bu, xüsusi bir səfər deyildi, təşkilatın toplantısına qatılmaq mahiyyəti daşıyırdı”. “Yeni Müsavat”ın məlumatına görə, bu barədə “Atlas” Araşdırmalar Mərkəzinin İrəvan toplantısı və Putin-Paşinyan görüşü ilə bağlı təhlilində deyilir.

“Putin Paşinyanla görüşdən imtina etmədi. Buna görə də Paşinyan ölkə daxilindəki rəqiblərinə dil göstərib, ”Mən deyən oldu" sözləri ilə qısa müddətə fəxr edə bilər. Qısa müddətə ona görə ki, Putinin Paşinyana münasibəti dəyişməyib. Paşinyan əvvəlki kimi Putinin dostu eks-prezident Robert Köçəryanı həbsdə saxlayır. Bu isə Kreml sahibini narahat etməyə bilməz. Digər tərəfdən, İrəvanın istəyinə baxmayaraq, Rusiya Ermənistana satdığı qazın qiymətini ucuzlaşdırmaq istəmir. Qış aylarında ucuzlaşmayan qaz Ermənistan üçün böyük maliyyə yükünə çevriləcək", - deyə təhlildə vurğulanır.

Təbii qazdan söz düşmüşkən, Rusiyadakı qaynaqlar İrəvan toplantısında bu mövzudan yan keçilmədiyini bildirir.

“Moskvanın müttəfiqlərinin on əsas iddiası qazın qiyməti ilə bağlıdır. Nikol Paşinyan da, Aleksandr Lukaşenko da (Belarus prezidenti - ”YM") onun aşağı salınmasına çalışır". “Yeni Müsavat”ın məlumatına görə, bu barədə “Tsarqrad” TV-nin şərhində bildirilir.

“Onu demək lazımdır ki, Ermənistan Rusiyadan onsuz da qazı böyük güzəştlə alır. Yalnız Belarus Rusiya qazını daha ucuz qiymətə alır. Məsələn, Azərbaycan Gürcüstana qazı hər min kub metr üçün 200 dollara, İran isə Türkiyəyə 290 dollara satır. Paşinyan hökuməti isə deyir ki, qazın qiymətini artırmaq yox, bərabərləşdirmək lazımdır. Nikol Paşinyan bu məsələni Vladimir Putinlə görüşdə yoluna qoymağı düşünürdü”, - deyə şərhdə qeyd olunur (hazırda Ermənistan Rusiya qazını 165 dollara alır).

Artıq məlumdur ki, Paşinyanın Putinlə qaz anlaşması da baş tutmayıb. Çünki qazın qiyməti Moskvadan ötrü Ermənistana, ələlxüsus Paşinyan hökumətinə qarşı təkcə iqtisadi yox, həm də siyasi təzyiq rıçaqı qismindədir. Moskvanın “qaza basacağı” gün isə qabaqdadır...