| Xəbər 1042 dəfə oxunub
Çempionlar Liqası: "Barselona" "İnter"i məğlub edib

İspaniyanın "Barselona" futbol klubu Çempionlar Liqasının qrup mərhələsinin ikinci turunda İtaliyanın "İnter" klubunu qəbul edib.

Trend-in məlumatına görə, Barselonanın "Kamp Nou" stationunda keçirilən oyun meydan sahiblərinin 2-1 hesabı ilə başa çatıb.

Hesabı üçüncü dəqiqədə "İnter" in hücumçusu Lautaro Martinez açıb. İkinci hissədə "Barselona"nın forvardı Luis Suarez dubl rəsimləşdirib (58-ci dəqiqə, 84-ci dəqiqə).

 

Turnir cədvəlində birinci yeri "Borussiya", ikinci yeri "Barselona" tutur, hər iki komanda hərəyə 4 xal qazanıb, "İnter" və "Slaviya" 1 xal toplayıb.