| Xəbər 1094 dəfə oxunub
"Sərdarı hələ də sevirəm"

Türk müğənnisi Sərdar Ortaçla 5 illik evliliyini bitirən Xloe Luqnan boşandıqdan sonra ilk dəfə açıqlama verib.

 

Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, o, ayrıldıqdan sonra özünü daha yaxşı hiss etdiyini deyib.

"Sevgi ilə bağlı problemimiz olmayıb. Evliliyimiz boyunca Sərdarı çox sevmişəm. Hələ də sevirəm. Çox yaxın dostlarıq. Ancaq boşanmağın hər ikimiz üçün ən yaxşı qərar olduğunu düşündük. Təbii ki, hər evlilikdə problemlər olur. Ancaq təəssüf ki, hər problemi də həll etmək olmur" deyə, Xloe bildirib.

Qeyd edək ki, cütlük 2014-ci ildə evlənmişdi. Onlar ötən ay boşanıb.