| Xəbər 1746 dəfə oxunub
Castin Biber evlənəndən bir il sonra toy etdi

Kanadalı məşhur müğənni Castin Biber bir il öncə nikah masasına oturduğu xanımı Heyli Boldvinlə yenidən toy edib.

 

Axşam.az xarici mətbuata istinadən xəbər verir ki, cütlük Cənubi Karolinada yerləşən iqamətgahda böyük mərasim təşkil edib. Toyda Coan Smolls, Kendall Cenner, Kamila Morrone kimi məşhur simalarla yanaşı 154 qonaq iştirak edib. `

Qeyd edək ki, uşaqlıq dostu olan cütlük ötən il səssiz-sədasız evlənmişdi.