| Xəbər 1271 dəfə oxunub
“Barda çəkilən fotodakı qadın mənəm” – Beren etiraf etdi

Aktrisa Beren Saat məşhur fransız DJ Maga ilə eşq yaşaması barədə yayılan xəbərlərə aydınlıq gətirib. 

Musavat.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, bir müddət öncə sosial şəbəkədə bir cütlüyün arxadan çəkilən fotosu yayılıb. Həmin cütlüyün isə Maga ilə Beren olduğu, məşhurların eşq yaşadığı iddia olunub. Müğənni Kənan Doğulu ilə evliliyində problemlər yaşanan aktrisa fotodakı qadının özü olduğunu etiraf edib.

Aktrisa Maga ilə eşq yaşaması ilə bağlı suallara isə cavab verməyib. 

Qeyd edək ki, Beren həyat yoldaşı Kənan Doğulunun konsertlərinə getməsə də, yay boyu Maganın konsertlərini ön sıradan izləyib. 

İkili sosial şəbəkədə də bir-birini izləməyə başlayıb.