|
Sabunçudakı 2 nömrəli doğum evi təmir ediləcək

Səhiyyə Nazirliyi Bakı Şəhər Baş Səhiyyə İdarəsinin tabeliyindəki 2 nömrəli doğum evi təmir ediləcək.

Trend-in məlumatına görə, əsaslı təmiri işlərinin satın alınması üçün artıq açıq tender elan edilib.

Tender təklifləri oktyabrın 25-dək tender komissiyasına təqdim edilməlidir.

İddiaçıların təklif zərfləri oktyabrın 28-də açılacaq.

 

Qeyd edək ki, Bakının Sabunçu rayonunda yerləşən 2 saylı doğum evi ulu öndər Heydər Əliyevin şəxsi təşəbbüsü ilə 1987-ci ildə tikilib və istifadəyə verilib.