| Xəbər 17792 dəfə oxunub
Sağlamlığınızı möhkəmləndirən UNİKAL BİTKİ

Boymadərən güclü hemostatik xüsusiyyətlərə malikdir. Ot daxili qanaxmanı dərhal dayandırır. Həzm sistemini normal vəziyyətə gətirir. Şişkinliyi azaldır, qıcolmanı yüngülləşdirir və bağırsaqlarda ağrıları aradan qaldırır.

Milli.Az boydərən bitkisinin bilinməyən faydaları ilə tanış edir.

Bu bitki damarların və kapilyarların gücünü artırır, qan dövranı sisteminin fəaliyyətini yaxşılaşdırır. Yüksək qan təzyiqini aşağı salır. Ürəyin fəaliyyətini yaxşılaşdırır, təhlükəli xəstəliklərin inkişafının qarşısını alır.

Sinir sisteminə müsbət təsir göstərir. Boymadərən çayı qəbul etdikdən sonra sonra ümumi emosional vəziyyət yaxşılaşır, depressiya, nevroz, stress və həddən artıq gərginlik aradan qaldırılır. Bundan əlavə, onlar yuxuya faydalı təsir göstərir, yuxusuzluğu problemini aradan qaldırır.

Boymadərən cövhəri və infuziyaları şiddətli baş ağrıları ilə mübarizədə əladır.

Sidik kisəsi sisteminin fəaliyyəti normallaşdırır, sidik kisəsinin qıcıqlanmasını aradan qaldırır.

Bitki immum sistemini artırır, bədənin qoruyucu xüsusiyyətlərini gücləndirir. Soyuqdəymə, kəskin respirator virus infeksiyası və qripin kəskinləşməsi zamanı istifadə edilməlidir.

Metabolik prosesləri yaxşılaşdırır, odur ki, arıqlama prosesində istifadə etmək faydalıdır. Mədə suyu ifrazını stimullaşdırır, həzmi yaxşılaşdırır, iştahı artırır. Mədə və bağırsaqların mədəaltı vəzi xoralarına kömək edir. Menstruasiya dövrünü normallaşdırır, qadın cinsiyyət orqanlarının işinə faydalı təsir göstərir.

Dərini təmizləyir, elastikliyini və möhkəmliyini artırır. Saç dibləri və dırnaqları gücləndirir.

Ənənəvi tibbdə tətbiqi

Boymadərən bir çox sağlamlıq problemlərinin və xəstəliklərin müalicəsində istifadə edilir, ondan müxtəlif vasitələr hazırlana bilər. Bədəni gücləndirmək, immuniteti artırmaq və ümumi vəziyyəti yaxşılaşdırmaq üçün də istifadə etmək tövsiyə olunur.

 

Necə istifadə edilə bilər:

Məhlul

2 yemək qaşığı qurudulmuş boymadərəni 500 ml isti suya tökün. Sonra 10 dəqiqə qaynadın. Məhlul soyudulur, süzülür. Gündə üç dəfə ½ fincan yeməkdən əvvəl içmək məsləhət görülür.

Qarışıq

5 yemək qaşığı qurudulmuş boymadərəni 100 ml araqla qarışdırın. Bir həftə istifadə etməlisiniz. Bir qəbulda 20 damcı qəbul etmək lazımdır.

Çay

Adi çay kimi dəmləyin. Bir çaydana 1 desert qaşığını boymadərən tökün və üzərinə iki stəkan isti su tökün. 15-20 dəqiqə qaynadın. İsti və ya soyuq formada içə bilərsiniz. (publika.az)

Milli.Az