| Xəbər 1383 dəfə oxunub
Veronika Qudis Dünya Çempionatında lentlə hərəkətləri Müslüm Maqomayevin kompozisiya ilə təqdim etdi

Azərbaycan gimnastı Veronika Qudis Bakıda keçirilən 37-ci Bədii Gimnastika üzrə Dünya Çempionatının üçüncü günü çərçivəsində lentlə hərəkətlərdə çıxış edib.

Trend-in məlumatına görə, V.Qudis lentlə proqramı Müslüm Maqomayevin repertuarından olan tanınmış "Mavi sonsuzluq" kompozisiyasının sədaları altında təqdim edib.

V.Qudis bildirib: "Azərbaycanda bu mahnını çox sevirlər, hətta deyə bilərəm ki, "Mavi sonsuzluq" kompozisiyası bütün dünyada tanınır. Bu mahnı ilə çıxış etmək izaholunmaz duyğudur. Lentlə proqramı biz təxminən 6 ay hazırlamışıq".