|
Bred Pitt "Oskar"dan imtina etdi

Tanınmış Hollivud ulduzu Bred Pitt "Oskar 2020" mükafatları üçün ən ideal namizədlərdən hesab edilir.

 

Axşam.az xarici mətbuata istinadən xəbər verir ki, “Once upon a time” və “Ad Astra” kimi məşhur filmlərdəki obrazları ona bu mükafatı qazandıra bilər. Lakin, aktyor kampaniyaya qoşulmayacağını deyib.

"Mənim üçün "Oskar" və ya hər hansı bir mükafatı qazanmaq vacib deyil. Önəmli olan 10 il sonra da çəkildiyim filmin ilk günkü qədər maraqla izlənməsidir" deyə, o bildirib.