| Xəbər 715 dəfə oxunub
Rusiya peyki Çinin kosmik stansiyaları üçün aya enmə yerlərini seçəcək

Rus orbital aparatı "Luna-26" Çin stansiyalarının ay səthində gələcək eniş yerlərini seçəcək.

Trend-in məlumatına görə, əldə edilən razılaşmalar çərçivəsində Çin nümayəndəlikləri üçün mümkün eniş sahələrinin Rusiya orbital aparatı tərəfindən ətraflı araşdırılması mümkün olacaq.

Bundan əlavə, əldə olunan razılaşmalar çərçivəsində Rusiya və Çin bir-birinin ay aparatlarına - ("Luna-26" və "Chang'e-7") elmi avadanlıqların quraşdırılması imkanlarını nəzərdən keçirəcəklər.