| Xəbər 682 dəfə oxunub
"Apple" yeni "iPhone" modellərini təqdim edib

"Apple" şirkəti Kupertinoda keçirilən təqdimat zamanı yeni "iPhone11", "iPhone 11 Pro" və "iPhone 11 Pro Max" smartfonlarını təqdim edib.

Trend-in məlumatına görə, yeni model telefon 12 meqapiksel icazəli daha bir kamera əlavə edilib. Bu kameraya "Night Mode" rejimi əlavə ediləcək, bu isə qaranlıqda çəkilmiş fotoların keyfiyyətinin artacağı deməkdir. Həmçinin model ikiqat optik zumla təchiz ediləcək. Kameralardan biri genişbucaqlı olacaq.

Kamera saniyədə 60 kadr sürəti ilə 4K formatında videolar çəkmə qabiliyyətində olacaq. Telefonun ön kamerası isə yavaşıdılmış çəkiliş rejimində videolar çəkə biləcək.

Bundan əlavə, "iPhone 11" 6,1 düym dioqanallı "Liquid Retina" displeyi ilə təchiz ediləcək. "iPhone 11" "iPhone XR" ilə müqayisədə 1 saat daha çox işləyəcək.

Smartfon 6 rəngdə satışa çıxarılacaq. Telefonun qiyməti 699 dollar olacaq.

 

Yeni "iPhone 11 Pro" 3-cü kamera ilə təchiz ediləcək. Bu "iPhone" 4 rəngdə satışa çıxarılacaq. Bundan əlavə, yeni modelin iki versiyası olacaq: "iPhone 11 Pro" və "iPhone 11 Pro Max". Bu iki versiya displeylərin ölçüləri ilə seçiləcəklər: 5,8 və 6,5 düym.

Həmçinin yeni model yeni despley ilə təchiz ediləcək - "Super Retina XDR".

Yeni modellərin həmçinin "daxili" də dəyişib. Yeni 3 smartfon "A13" prosessorları ilə təchiz ediləcək. Şirkətdn bildiriblər ki, bu prosessor smartfonlar tarixində ən sürətli olacaq. Yeni prosessor saniyədə 3 trilyondan artıq əməliyyat icra edə biləcək.