| Xəbər 532 dəfə oxunub
Filippin sahillərində 5,6 bal gücündə zəlzələ olub

Filippin sahillərində 5,6 bal gücündə zəlzələ baş verib.

Trend-in ABŞ Geoloji Xidmətinə istinadən verdiyi məlumata görə, yeraltı təkanların episentri Saranqani əyalətindən 206 kilometr cənub-şərqdə, ocağı isə 23,6 kilometr dərinlikdə yerləşib.

Zəlzələ nəticəsində xəsarət alan və dağıntılar barədə məlumat verilməyib.