| Xəbər 558 dəfə oxunub
Kanadada sərnişin təyyarəsi məcburi eniş edib

"Swoop" aviaşirkətinə məxsus sərnişin təyyarəsi Kanadanın Ebbotsford şəhərində (Britaniya Kolumbiyası əyaləti) məcburi eniş edib.

Trend-in "CBC" telekanalına istinadən verdiyi məlumata görə, təyyarənin məcburi eniş etməsinə səbəb quşla toqquşması olub.

Məlumata əsasən, təyyarənin göyərtəsində 176 sərnişin olub. İnsident nəticəsində xəsarət alan olmayıb.