| Xəbər 677 dəfə oxunub
Ramil Quliyevdən yenə qələbə

Həmyerlimiz Ramil Quliyev ötən gün daha bir mötəbər idman yarışında qələbə qazanıb.

Trend-in məlumatına görə, Minskdə keçirilən atletika üzrə Avropa və ABŞ yığmaları arasında keçirilən yarışlarda Türkiyə yığmasını təmsil edən azərbaycanlı atlet, dünya və Avropa çempionu R.Quliyev 200 metr məsafəyə qaçışda birinci olub.

O, 20,16 saniyə nəticə göstərərək yarışda bütün rəqiblərini qabaqlayıb.