| Xəbər 3409 dəfə oxunub
Komitə sədrindən Şağandakı məsciddə Azərbaycan şəhidlərinin plakatlarının sökülməsi ilə bağlı iddialara MÜNASİBƏT

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı Bakının Şağan qəsəbəsində fəaliyyət göstərən “Qərib Pir” məscidində Azərbaycan şəhidlərinin fotoları əks olunan plakatların sökülməsi ilə bağlı iddialara münasibət bildirib.

Trend-in məlumatına görə, Komitə sədri bildirib ki, şəhidləri bir-biri ilə müqayisə etmək düzgün deyil: "Şəhidlik ümumi addır və İslamda ayrılmırlar. Məscidlərdə Aşura günü Qarabağ şəhidləri və digər şəhidləri yad edilirsə, bu, tamamilə doğrudur və heç bir dinlə ziddiyyət təşkil etmir. Qafqaz Müsəlmanları İdarəsinin builki fətvasında xüsusilə qeyd olunur ki, İmam Hüseyn əzadarlığı zamanı xütbələrdə Qarabağ şəhidləri də yad edilsin. Kimsə bunu anlamırsa, şəhidlərimizin şəkillərinin orada vurulmasını qəbul etmirsə, yanaşma doğru deyil".