| Xəbər 3049 dəfə oxunub
VISA: Azərbaycanda nağdsız ödənişlərin həcmi artıb

Azərbaycanda nağdsız ödənişlərin həcmində artım müşahidə olunur.

Trend-in məlumatına görə, bunu VISA şirkətinin Qafqaz üzrə regional direktoru Kristina Doroş mətbuat konfransında deyib.

O bildirib ki, bu ilin ilk yarısında Azərbaycanda kart əməliyyatlarında nağdsız ödənişlərin payı 20 faiz təşkil edib. Bu, ötən ilin eyni dövründən 16 faiz çoxdur.

Hesabat dövründə əməliyyatların həcmi ötən ilin ilk yarısı ilə müqayisədə 40 faiz, nağdsız əməliyyatların həcmi 38 faiz artıb.