| Xəbər 656 dəfə oxunub
Kenanın paylaşımına Berendən "ürəkli" cavab

Türkiyənin məşhur cütlüyü aktrisa Beren Saat və müğənni Kenan Doğulunun boşanacaqları xəbəri gündəmdən düşmür.

 

Axşam.az xəbər verir ki,  Kənanın “Yaparım bilirsin” adlı ilk albomunun 26-cı ildönümü münasibətilə İnstaqramda paylaşım edib.

“Həmin günkü həyəcanımı təsəvvür etmək mümkün deyil. Profesional səhnəyə atdığım ilk addım idi” sözlərinə aktrisadan cavab gecikməyib. O statusa "ürək" işarəsi qoyub. Bu isə onların pərəstişkarını çaş-baş salıb.

Xatırladaq ki, bu yaxınlarda Beren Saatla DJ Maqanın sevgili olması şayiələri yayılmışdı. Berenle Kenanın ayrı evlərdə yaşaması və ayrı tətilə çıxması bu şayiləri gücləndirmişdi.