| Xəbər 1009 dəfə oxunub
Ölümə belə meydan oxudular - Fotolar

İnstaqram fenomeni Kelli Kastl və sevgilisi Kodi Uorkman son paylaşıməı kəskin reaksiyalara səbəb olub.

 

Axşam.az xəbər verir ki, fotoda Kodinin Peruda olan bir gölün kənarındakı uçurumdan aşağı sallanan Kellinin qollarından tutduğu əks olunub. İzləyicilər cütlüyün bu fotosunu tənqid edərək, bəyənmə xatirinə özlərinin həyatını təhlükəyə atmaqda və gənclərə pis örnək olmaqda günahlandırıblar.

Dünyanı gəzərək çəkdirdikləri şəkillərlə böyük marağa səbəb olan sevgililərin cavabı gecikməyib.

"İnsanların qərarlarına hörmətlə yanaşın. Bizi bu pozları verməyə heç nə məcbur etmir" deyə, o bildirib.